29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıda yaşayış binası sökülür

11.04.2022

Bakının Nizami rayonunda yaşayış binasının sökülməsinə başlanılıb.

Bu, Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi 88-98 ünvanında yerləşən binadır.

Həmin binadan artıq sakinlər tam köçürülüblər.

1960-cı ildə istifadəyə verilən və indiyədək 90 ailənin yaşadığı bina yaşayış üçün tam yararsız olduğundan söküləcək və yerinə müasir standartlara cavab verən yeni bina tikiləcək.

Həmçinin proses davam edənədək 90 ailənin iki il müddətində aylıq 350 manat kirayə haqqı qarşılanacaq.

Qeyd edək ki, ərazidəki 11 binanın mərhələli şəkildə sökülməsi nəzərdə tutulur. İlkin mərhələdə beş, növbəti mərhələdə isə altı binanın söküləcəyi gözlənilir.