29 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

AB Rusiya oliqarxlarının 30 milyardını blokladı

08.04.2022

AB Rusiya və Belarus oliqarxlarının və təşkilatlarının təxminən 30 milyard avroluq aktivlərini dondurub.

Bu barədə Avropa Komissiyası məlumat yayıb.

Məlumata görə, Brüsseldəki işçi qrupunun məqsədlərindən biri də AB-nin sanksiyaları altında olan şəxslərə məxsus aktivlərlə cinayətkar fəaliyyət arasında əlaqəni öyrənməkdir:

"Üzv dövlətlərin yarıdan çoxu aktivlərin dondurulması üçün görülən tədbirlər haqqında Komissiyaya məlumat verib. Komissiyaya qayıqlar, helikopterlər, daşınmaz əmlak, 6,7 milyard avro dəyərində incəsənət nümunələrinin müsadirəsi, 29,5 milyard avroluq dondurulmuş aktiv barədə məlumat verilib. Bundan əlavə, təxminən 196 milyard avroluq əməliyyatlar bloklanıb”.