29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Tarif Şurasına müraciət: Gediş haqqını qaldırın!

08.04.2022

Bakı şəhərində və paytaxt ətrafında müntəzəm sərnişindaşıma xidməti göstərən özəl daşıyıcı şirkətlər mövcud tariflərə yenidən baxılması və özəl daşıyıcılara dövlət dəstəyinin artırılması ilə bağlı Tarif (qiymət) Şurasının sədri, İqtisadiyyat naziri Mikayıl Cabbarova və Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciət ünvanlayıb.

"DM"xəbər verir ki, müraciətdə ictimai nəqliyyatda mövcud olan vahid tarif siyasəti ilə ölkədəki və dünyadakı bazar reallıqları arasında kəskin fərqlərin yarandığı bildirilib.

"Buna baxmayaraq hazırda Bakı şəhərində ictimai nəqliyyatın 80%-i qədərini (avtobuslarla müntəzəm sərnişindaşıma) özəl daşıyıcı şirkətlər icra edir.

Maliyyə hesabatlarına əsaslanaraq, hal-hazırda sərnişindaşımada mövcud olan gedişhaqqı (30 qəpik) nəinki investisiya layihələri, hətta əməliyyat xərclərinin qarşılanması üçün yetərli deyil. Mövcud tarif daşıyıcı şirkətləri ciddi maliyyə itkiləri ilə üz-üzə qoyub, borclanmanı daha da artırıb, fəaliyyət imkanlarımını risk altına salıb".

Şirkətlərin kollektiv şəkildə imzaladığı müraciətdə Bakıda tətbiq edilən tarifin qonşu ölkələrlə müqayisəsi aparılıb: "Təkcə 2022-ci ildə qonşu ölkələrə nəzər saldıqda məlum olur ki, ilin geridə qalan 3 ayı ərzində Türkiyə, Rusiya, İran və Gürcüstanda ictimai nəqliyyatda gediş haqqı dəyəri artıb.

Həmçinin Nazirlər Kabinetinin təsdiq etdiyi 4 mart 2019-cu il tarixli qərarla sərnişindaşıma şirkətləri qarşısnda bir sıra vacib tələblər müəyyənləşdirilib. Bu tələblərdən biri 1 yanvar 2025-ci il tarixindən etibarən Bakı şəhərində yalnız elektrik və ya CNG (sıxılmış təbii qaz) yanacağı ilə çalışan avtobusların istismara qəbul ediləcəyi ilə bağlıdır.

Ötən illərdə tərəfimizdən avtobus parkının yenilənməsi, müasir AVRO tələblərə cavab verən avtobus nəqliyyat vasitələrinin alınması istiqamətində bir sıra addımlar atılıb, avtobus parkımızın müəyyən hissəsini mövcud tariflərə baxmayaraq yeniləyə bilmişik. Lakin məlum qərarın müəyyənləşdirdiyi tələblərə cavab verən avtobusların qiyməti xeyli bahadır və həmin nəqliyyat vasitələrini alaraq istismara qəbul etməyimiz hazırki tariflərlə mümkün deyildir.

Hazırda yaranmış şəraitlə əlaqədar şirkətlərin parklarında olan təxminən 700-dən artıq avtobus sərnişinlərə xidmət göstərə bilmir. Həmçinin 2 ildən artıqdır davam edən pandemiya sərnişindaşıma şirkətlərinə ciddi zərbə vurub əhalinin sosial və iqtisadi aktivliyinin azalması sərnişin axınının kəskin azalmasına səbəb olub. Ümumilikdə isə sektorda 6 min nəfərdən çox şəxs çalışır ki, bir ailədə orta hesabla 4 nəfərin olduğunu nəzərə alsaq ictimai nəqliyyatda gedişhaqqının məbləği 24 min nəfərdən çox insanın sosial təminatı baxımından əhəmiyyətlidir", - müraciətdə vurğulanıb.

Müraciəti aşağıdakı şirkətlər imzalayıb:

1. Xaliq Faiqoğlu MMC

2. Çinar Trans MMC

3. General- Auto- Company firması

4. Kral Transport MMC

5. Azlənd Plaza MMC

6. Ayşən MMC

7. Bus Trans MMC

8. Monella MMC

9. VƏTƏN.AZ-TRANS MMC

10."Dördüncü Blok MMC

11. VƏTƏN Firması MMC

12. ÜÇ QARDAŞ MMC

13. 6 DOST MMC

14. BMH MMC

15. GRAND BUS MMC

16. KƏNAN-2000 ŞİRKƏTİ MMC

17. STATUS AVTO MMC

18. TRANSKONTROL MMC

19. ŞİDLİ-A.İ MMC