29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Metroda yenilik: təhlükəsizlik səddi quraşdırılır

08.04.2022

Bakı metropoliteni Bənövşəyi xətt üzrə inşa edilən stansiyalarda sərnişin platformasında təhlükəsizlik səddinin quraşdırılmasını nəzərdə tutur.

"DM" xəbər verir ki, bunu Trend-ə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, yeni nəsil qatarlar təhlükəsizlik səddi üçün müvafiq infrastruktura malikdir:

"Hazırda istismarda olan köhnə qatarlarda belə bir funksiya yoxdur. Həmçinin Yaşıl və Qırmızı xətt üzrə olan stansiyalarda da bu məsələ əvvəldən planlaşdırılmayıb. Hazırda tikintisi davam etdirilən və 3 stansiyası istifadə olunan Bənövşəyi xəttdə təhlükəsizlik səddinin quraşdırılması inşaat baxımından nəzərə alınıb.

Bununla yanaşı, Qırmızı xətt üzrə olan "28 May" stansiyası köhnə tikili olmasına baxmayaraq bu stansiyada təhlükəsizlik səddinin quraşdırılmasını mümkünlüyü ilə bağlı araşdırma aparılıb. Məlum olub ki, bu stansiyada təhlükəsizlik səddinin tikilməsi üçün əlavə bünövrə bərkidilməsi aparılmalıdır. Yəni həmin stansiyada da təhlükəsizlik səddi quraşdırmaq mümkündür".

O qeyd edib ki, hazırda bu istiqamətdə araşdırma işləri davam etdirilir:

"Ehtiyac yaranarsa, gələcəkdə stansiyaların platformalarında təhlükəsizlik səddi quraşdırıla bilər. Bunun üçün uzun müddət vaxt və böyük vəsait lazımdır".