03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Paşinyan: “Rusiya bizə silah satmaqda davam edəcək”

10.09.2018

Rusiyadan Ermənistana planlı şəkildə silah göndərilməsi davam etdiriləcək.
"Dövran Media" xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan Rusiyanın "Kommersant” nəşrinə müsahibəsi zamanı bildirib.
Onun sözlərinə görə söhbət silahların kreditlə təmin edilməsindən gedir.
"Rusiya silahlarının planlı şəkildə tədarükü barədə razılaşmışıq” – Paşinyan bildirib.
O, digər imkanlar barədə də müzakirələrin aparıldığını da diqqətə çatdırıb.
Ermənistan baş nazirinin sözlərinə görə ölkəsi bu barədə heç bir problem yaşamayacaq.
Qeyd edək ki, Rusiya silahının Ermənistana kredit yolu ilə tədarük olunması barədə hələ Serj Sarkisyan dövründə razılıq əldə olunub.