29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Brüssel bəyanatı: AB-nin yeni planı görünür – Kürşad Zorlu

08.04.2022

Brüssel görüşü ilə bağlı bir neçə vacib məqam diqqəti cəlb edir. Birinci məqam odur ki, görüşdən sonra verilən bəyanatdan ilk növbədə irəliləyişin sərhədlərin müəyyənləşdirilməsində olacağı anlaşılır. Belə ki, 26 noyabr 2021-ci il tarixli Soçi Bəyanatına istinadən aprelin sonuna qədər delimitasiya ilə bağlı birgə komissiyanın qurulması qərarlaşdırılıb. Lakin burada rəsmi İrəvanın SSRİ dövrünün son ilindəki sərhədləri gündəmə gətirmək cəhdlərinin məqsədi Azərbaycanın möhkəmləndiyi mövqelərdən geri çəkilməsinə nail olmaqdır.

Bu sözləri Türkiyənin Hacı Bayram Vəli Universitetinin professoru Kürşad Zorlu Brüssel görüşünü  şərh edərkən deyib.

Professorun fikrincə, ikinci mühüm məqam Rusiyaya birbaşa istinadın olmamasıdır:

"Təbii ki, indiki məqamda Rusiyanın prosesdən tamamilə kənarda qalacağını demək qeyri-realdır. Çünki 10 noyabr bəyanatı yenə ən mühüm hüquqi zəmindir. Ancaq uzun müddətdən sonra üfüqdə Avropanın yeni bir oyun planı görünür. Sözügedən planın ilkin mərhələsi konstruktiv qeyri-müəyyənlik, növbəti mərhələsi isə konkret yol xəritəsinin müəyyən edilməsidir. Azərbaycan artıq Ermənistanla münasibətlərin normallaşması ilə bağlı rəsmi İrəvana 5 bəndlik təklif planını göndərib. Planda tərəflərin qarşılıqlı ərazi bütövlüyünü tanıması, təhdidlərdən çəkinməsi, sərhədlərin dəqiqləşdirilməsi və nəqliyyat yollarının açılması ilə bağlı təkliflər öz əksini tapıb. 5 maddəlik təkliflər planı ilə Brüssel bəyanatının müddəalarının üst-üstə düşməsi Azərbaycanın Ermənistandan bir addım öndə olduğunu göstərir”.