29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Akopcanyan: "Rusiya batır, bizi də özüylə aparır"

08.04.2022

Rusiya sürətlə dənizin dibinə gedir və onun Ermənistanı da öz arxasınca çəkəcəyi artıq zaman məsələsidir.

Bu fikirləri erməni siyasi şərhçi Razmik Akopcanyan bölüşüb.

"Mən indi qaranlıq fikirlər danışmıram, sadəcə mövcud şəraitdə müsbət danışmaq çox çətin məsələdir. Hər şey çox tez dəyişir. Qərbdə ümumi fikir yaranıb ki, bəşəriyyətin Rusiyanın hərbi məğlubiyyətindən, Putin və onun silahdaşları üzərində beynəlxalq tribunaldan, Rusiya Silahlı Qüvvələrinin ləğvi də daxil olmaqla, rejimin tam sökülməsindən başqa məqsədləri ola bilməz. Və bu son deyil. Qərb ümümiyyətlə Rusiyanın yerində yeni bir dövlət görmək haqqında söhbətlər aparır.

Əsas məqsəd isə Rusiyanın və ya bu torpaqda adının nə olmasından asılı olmayaraq, yaranacaq yeni dövlətin nə ordusunun, nə nüvə silahının, nə də BMT TŞ-də yerinin olmasıdır. Bu məqsədlərə nail olmaq üçün kömək edən hər şey normal əlamət kimi dəyərləndirilir. Bu artıq bir hökmdür. Və biz batan Rusiyanın köməkçisi rolunda olduqca böyük risk altındayıq.

Yaranmış vəziyyətdə Ermənistan nə etməlidir? Bu sualın cavabı yoxdur. Bizə yalnız yalvarmaq qalır...” - deyə erməni ekspert qeyd edib.