03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu marşrut xətti müsabiqəyə çıxarıldı

10.09.2018

1, 2, 18, 61, 147 və 217 nömrəli müntəzəm marşrut xətləri müsabiqəyə çıxarılıb.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, daxil olan vətəndaş müraciətləri əsasında sadalanan müntəzəm marşrut xətləri üzrə təhlillər aparılıb və bir sıra çatışmazlıqların olduğu müəyyən edilib.
Bunu nəzərə alaraq, qeyd edilən xətlərin müsabiqəyə çıxarılması qərara alınıb.
Məqsəd bu xətlər üzrə sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasıdır.
Müsabiqədə iştirak etmək istəyənlər Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilər.