29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Blumberq : Rusiya 90-cı illərə qayıdır

07.04.2022

Bu ilin sonunda Rusiyada işsizlik son 10 ildə ilk dəfə olaraq iki dəfədən çox arta və 9%-i keçə bilər. Hazırda 2 milyona yaxın iş yeri təhlükə altındadır.

"DM" xəbər verir ki, bu barədə "Blumberq” məlumat yayıb.

"Bu, Rusiyada islahatların başladığı və fabriklərin bağlandığı 90-cı illərin əvvəllərini xatırladır. Əmək bazarında böhran tədricən dəyişəcək. İxtisarların əvəzinə hakimiyyətin təzyiqi altında olan şirkətlər maaşları azaltmağa, işçiləri yarımştat işlərə köçürməyə və ya ödənişsiz məzuniyyətə göndərməyə başlaya bilər. Açıq işdən çıxarma yalnız sanksiyaların uzunmüddətli olacağı təqdirdə yayıla bilər. Nəticədə, işsizliyin artması tədricən artacaq və pik həddə çatacaq. Hazırda Rusiyada işəgötürənlər hamını axıra kimi saxlayacaqlarını deyirlər. Lakin martda yeni vakansiyaların sayı fevral ayı ilə müqayisədə 20% azalıb. Kəskin azalma Moskva və Sankt-Peterburqda olub”, - məlumatda bildirilib.