28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ekspert: “Brüssel görüşü Cənubi Qafqazda sülhün bərqərar olmasına ümid yaradır”

07.04.2022

"Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel arasında Brüsseldə baş tutmuş görüş vacib və müsbət kimi qiymətləndirilməlidir. Bu görüş Cənubi Qafqazda çoxdandır gözlənilən sülhün bərqərar olmasına ümid yaradır”.

Bunu israilli hüquqşünas, beynəlxalq hüquq və beynəlxalq siyasət üzrə ekspert Mixail Finkel bildirib.

Onun sözlərinə görə, görüş zamanı ən vacib məsələ sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı idi və bunlar olmadan hərtərəfli sülhə nail olmaq mümkün deyil.

"Görürük ki, Rusiyanın Ukraynada müharibə səbəbindən boş qoyduğu diplomatik yeri Avropa İttifaqı tutmağa çalışır. Hələlik Rusiya Cənubi Qafqaz məsələsini gündəlikdən çıxarıb”, - o deyib.

M.Finkel üçtərəfli görüş öncəsi Ermənistanda hökm sürən vəziyyətə diqqət yetirib:

"Danışıqlar fonunda Ermənistanda Paşinyan əleyhdarlarının keçirdiyi 11 min nəfərlik nümayişi zamanı ondan Azərbaycanla heç bir razılaşma imzalamamaq tələb olunurdu. Sual yaradır: Görəsən Paşinyan bu qeyri-sabitliyin təsiri altına düşəcəkmi?” - ekspert vurğulayıb.

Beynəlxalq siyasət üzrə ekspert ümumilikdə, tendensiyanın müsbət olduğunu vurğulayıb:

"Azərbaycan və Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin bağlanmasını səbirsizliklə gözləyirəm”.