28 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakı və İrəvan arasında böyük proses başladı

07.04.2022

İlk dəfə Azərbaycanla Ermənistan ərazisində sərhədlərin delimitasiya və demarkasiyası məsələsində konkret razılıq əldə olundu.

Bu sözləri politoloq Turab Rzayev ötən gün AŞ rəhbəri şarl Mişelin iştirakı ilə baş tutan Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşü haqda danışarkən deyib.

"Hər iki tərəf uyğun şəkildə razılığa gəldi ki, sərhədlər dəqiqləşəcək. Bu razılaşma gələcək təxribatların da qarşısını alacaq. Belə ki, Azərbaycanla Ermənistan sərhədləri konkret bilindiyinə görə artıq cəbhə xətti yox, sərhəd xətti olacaq. Sərhəd xəttini pozan tərəf açıq-aşkar başqa ölkənin ərazisinə müdaxilə etmiş sayılacaq.

Digər bir məsələ bundan ibarətdir ki, hər iki ölkə xarici işlər nazirlərinə sülh müqaviləsi hazırlamasını tapşırıb. Artıq biz böyük sülhün ilkin addımlarını görürük”, - politoloq qeyd edib.

Onun fikrincə, Rusiyada bu razılaşma birmənalı qarşılanmayacaq:

"Keçən ilin dekabrında baş tutan Brüssel görüşünə Rusiyada çox böyük qısqanclıqla yanaşılmışdı. Rusiyada bu görüşü əhəmiyyətsiz adlandırmışdılar. Amma biz gördük ki, 2021-ci ilin dekabrındakı Brüssel görüşündən sonra Zəngəzur dəhlizinin dəmiryol hissəsi ilə bağlı konkret iş görüldü. Avropa Birliyinin bölgədə aktivləşməsi Rusiyanın təsir imkanını zəiflədəcək. Artıq bir-biri ilə sülh müqaviləsi imzalamış Azərbaycan və Ermənistan dövlətləri bundan sonra Rusiyanın təzyiqlərindən, həmçinin şantajlardan, sərhəd təxribatlarından sığortalanmış olacaq”.