28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ölkəyə qanunsuz dərman gətirilməsinin qarşısı alındı

07.04.2022

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında qanunsuz yolla gətirilən xeyli miqdarda dərman vasitələrinin realizə edilməsinin qarşısı alınıb.

"Devran Media" xəbər verir ki, keçirilmiş əməliyyat tədbiri nəticəsində Bakı-Qazax istiqamətində hərəkətdə olan "Hunday Elantra” markalı avtomobil Yevlax şəhəri ərazisində saxlanılıb və Yevlax gömrük postuna gətirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin arxa oturacaqlarının üstündə iki ədəd karton qutuda olan müxtəlif markalı dərman vasitələri - 43 526 həb, 80 ədəd iynə, 106 flakon, 177 ədəd maye, 588 ampul, 148 ədəd mərhəm, 464 ədəd krem, 135 ədəd gel və 120 ədəd iynə başlığı aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.