Kremldən Əliyev-Paşinyan görüşünə - Reaksiya  
    
                          
     
                         07.04.2022
 
    
                        Kreml Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına hazırlığı pozitiv qiymətləndirir və alqışlayır.
"DM" xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ötən gün Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşünə münasibətində deyib.
"Pozitiv! Bəllidir ki, çox-çox uzun prosesdir, lakin belə bir sənədin (sülh müqaviləsinin – red.) bağlanması istiqamətində irəliləyiş çox müsbət faktdır və alqışlayırıq”, - Peskov qeyd edib.