28 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Polşa Prezidenti "Şimal axını 2”-i sökməyə çağırıb

07.04.2022

Polşa Prezidenti Andjey Duda Rusiyaya və xüsusən də onun enerji sektoruna qarşı sanksiyaların gücləndirilməsinə çağırıb. Onun fikrincə, bu addımlardan biri artıq tikilmiş "Şimal axını 2” qaz kəmərinin sökülməsi olmalıdır.

"DM" xəbər verir ki, o, bu barədə CNN kanalına müsahibəsində deyib.

"Rusiya ilə dialoqun mənası yoxdur. Vladimir Putinin qarşısında çox sərt şərtlər qoymaq lazımdır. Deməliyik: "Siz bu şərtləri yerinə yetirməyincə bizim danışacaq bir şeyimiz yoxdur”. Biz Ukraynanı qətiyyətlə dəstəkləyəcəyik, sanksiyalar rejimini artıracağıq. Çünki heç nəyə nail olmayan dialoqunuz varsa, bu, sadəcə olaraq Rusiyanın vaxt udmaq üçün bir oyundur”, - o bildirib.

Polşa lideri Rusiyaya əlavə sanksiyalar tətbiq etməyə çağırıb:

"Sanksiya rejimini gücləndirmək lazımdır. Buna heç bir şübhəm yoxdur. Lakin bu, çox çətin işdir. Ən yaxşısı Rusiyanın öz xammalını satmasına mane olmaqdır - qaz, ilk növbədə isə nefti”.

Dudanın sözlərinə görə, Polşa əvvəlcə Rusiya ilə Almaniya arasında qaz kəmərlərinin yaradılmasının əleyhinə idi:

"Bunlar Polşa, Ukrayna və Baltikyanı dövlətlərdən yan keçmək üçün nəzərdə tutulmuş siyasi layihələrdir. "Şimal axını 2” qaz kəmərini sökmək lazımdır. Rusiya təkcə Almaniyanı şantaj etmir, hazırda Rusiya faktiki olaraq bütün Avropanı şantaj edir”.