28 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ Senatı Lend-liz qanununu qəbul etdi

07.04.2022

ABŞ Senatı İkinci Dünya müharibəsi zamanında "Lend-liz” (borc vermək) kimi tanınan proqramla bağlı qanun layihəsini qəbul edib.

"DM"xəbər verir ki, bu barədə "Politiko” nəşri məlumat yayıb.

"Ukrayna ordusu rus qoşunlarına qarşı mübarizə apara biləcəklərini sübut etdikdən sonra ABŞ senatorları Lend-lizi dəstəkləməyə tələsdilər”, - məlumatda qeyd olunub.

Bildirilib ki, bu qanun ABŞ Prezidenti Co Baydenə Ukraynaya daha tez silah və digər təchizat göndərməyə imkan verəcək.

"Politiko” onu da bildirib ki, ABŞ Nümayəndələr Palatasının Senatın Lend-liz qanununu qəbul edib-etməyəcəyi bəlli deyil. Çünki hər iki palata planlaşdırılmış iki həftəlik fasilə üçün bu gün Vaşinqtonu tərk edəcək.