28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Estoniyada iki rusiyalı jurnalist saxlanıldı

07.04.2022

"Sputnik Meedia”nın keçmiş əməkdaşları Yelena Çerışeva və Mati-Dmitri Terestal Estoniyada saxlanılıblar. Onlar beynəlxalq sanksiyaları pozmaqda şübhəli bilinirlər.

"DM" xəbər verir ki, bu barədə "Delfi” portalı məlumat yayıb.

Məlumata görə, Estoniya hakimiyyəti jurnalistlərin Rusiyadan gəldiyi iddia edilən pulları sanksiyaya məruz qalan şəxsə təhvil verdiklərini, həmçinin AB-nin martın 1-də sanksiyalar tətbiq etməsindən sonra "Sputnik Meedia”nın fəaliyyətini davam etdirdiklərini düşünür. Jurnalistlərin həmkarları bildiriblər ki, saatlarla aparılan axtarışlardan sonra onlarla əlaqə saxlamaq mümkün olmayıb.

Qeyd edək ki, martın əvvəlində Estoniyanın "Sputnik Meedia” informasiya portalı bağlandığını elan edib.