03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türklər PKK-ya DİVAN TUTDU - 62 ölü

09.09.2018

Türkiyənin təhlükəsizlik qüvvvələrinin Şırnak, Siirt, Hakkari, Diyarbəkir, Mardin əyalətlərində və İraqın şimalında avqustun 31-dən keçirdikləri antiterror əməliyyatları nəticəsində 62 terrorçu, o cümlədən PKK silahlılarının 4 rəhbəri zərərsizləşdirilib.
"Dövran Media" verir ki, bu barədə Türkiyə Hərbi Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilir ki, Türkiyənin təhlükəsizlik qüvvələri bundan əlavə əməliyyatların gedişində narkotik ticarətçilərindən və qaçaqmalçılardan 51,1 min qutu siqaret, 2690 litr yanacaq, 179 min çətənə kolu və 296 kiloqram narotik vasitə müsadirə ediblər.
Türkiyə ordusunun "Zeytun budağı" əməliyyatının başlanğıcından zərərsizləşdirdiyi terrorçuların sayı 4573 nəfərə çatıb. Əməliyyatların gedişində Türkiyə ordusunun 54 əsgəri həlak olub, 241 hərbi qulluqçusu yaralanıb.