28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Solovyovun İtaliyadakı villasını yandırmağa cəhd ediblər

06.04.2022

Çərşənbə günü səhər saatlarında naməlum şəxslər rusiyalı teleaparıcı Vladimir Solovyovun İtaliyanın Komo şəhərində yerləşən villasını yandırmağa cəhd ediblər.

Solovyovun Ukraynadakı hadisələrlə bağlı Aİ-nin sanksiya siyahısına salınmasından sonra mart ayında İtaliyanın "Finguardia” şirkəti onun Komo gölünün qərb sahilində yerləşən Loveno qəsəbəsindəki (Menaggio kommunası) villasına həbs qoyulması ilə bağlı qərar çıxarıb.

Yerli sakinlərdən birinin çağırışı ilə hadisə yerinə gəldiyi güman edilən yanğınsöndürənlər yanğını asanlıqla söndürə biliblər. Yanğını törədənlərin təkərlərdən istifadə etdiyi bildirilir. Komoda Solovyova məxsus olduğu ehtimal edilən başqa bir ev də zərər çəkib, belə ki, evin divarlarında naməlum şəxslər tərəfindən bəzi yazılar yazılıb.

Komo əyalətində yanğınla bağlı araşdırmalar başlayıb. Həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşları aparıcının özü ilə əlaqə saxlayıblar.

Ehtimallara görə, Solovyovun Komoda ümumi dəyəri 8 milyon avro olan üç mülkü var.

Mənbə: Corriere della Sera