Rusiya və Ermənistan XİN başçıları Moskvada görüşəcək  
    
                          
     
                         06.04.2022
 
    
                        Aprelin 8-də Moskvada Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov və Ararat Mirzoyan arasında görüş keçiriləcək.
Məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
O, Lavrov-Mirzoyan danışıqlarında iki ölkə arasında münasibətlərin, o cümlədən Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il razılaşmalarının icrasının gedişatının müzakirə olunacağını söyləyib.