Bu oyunlar mütləq   pozulacaq  
    
                          
     
                         09.09.2018
 
    
                        Pulumuz, iqtisadiyyatımız üzərindən aparılan əməliyyatlar, qurulan oyunlar mütləq pozulacaq. Bunu hər kəs bilsin.
"Dövran Media" xəbər verir ki, bu sözləri TBMM sədri Binəli Yıldırım deyib.
"Çətinlik çəkəcəyik, amma güclünün hüququnun yerini, mütləq haqlının hüququ alacaq. Aramıza nifaq toxumları əkmək istəyənlər var. İqtisadi, sosial, siyasi səbəbləri bəhanə göstərən xainlər, bizi zəiflətmək üçün əllərindən gələni edirlər. Nə edirlər etsinlər, Türkiyəni məğlub edə bilməyəcəklər", - Yıldırım bildirib.