03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Partlayış olan klub sahibinin digər obyekti bağlandı

06.04.2022

"Location” gecə klubunda baş vermiş partlayışdan sonra, obyekti icarəyə götürmüş "Merser Food” MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərov və onun qardaşı Elşən Səfərova məxsus "The Place” gecə klubu da bağlanıb.

"Qafqazinfo”nun məlumatına görə, Nərimanov prospektində yerləşən iaşə obyekti üç gündür ki, fəaliyyət göstərmir. Gecə klubunun fəaliyyətinin bərpa olunub-olunmayacağı isə sual olaraq qalır. Məlumata görə, "Location”da baş verən partlayışda xəsarət alanlar arasında "The Place”nin əməkdaşları da olublar.

Qeyd edək ki, "The Place” ötən ilin martın 10-da fəaliyyətə başlayıb. Hazırda Orxan Səfərov "Location”da baş verən partlayışa görə həbs olunan üç nəfərdən biridir.