Ukrayna qənimət götürdüyü silahı işə saldı 
    
                         .jpg) 
     
                         05.04.2022
 
    
                        Ukrayna ordusu ilk dəfə olaraq rus hərbçilərindən qənimət götürdüyü "Solntsepek” ağır alov sistemini onların özlərinə qarşı istifadə edib.
Bu barədə Odessa regional hərbi administrasiyasının spikeri Sergey Bratçuk Teleqram kanalında məlumat verib.
Onun sözlərinə görə, hadisə İzyum istiqamətində olub.
Qeyd edək ki, daha əvvəl Ukrayna ordusu ruslardan qənimət götürdüyü TOS-1A "Solntsepek” sistemlərini nümayiş etdirmişdi.