04 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukraynanın ittihamına Tiflisdən qəti cavab

05.04.2022

Bu cür məlumatların mübadiləsi dövlətlərarası müqavilələrdə nəzərdə tutulur. Əks halda, bəyanat qəsdən dezinformasiya, Gürcüstanda daxili iğtişaş törətməyə yönəlmiş və son dərəcə qeyri-dost, təxribat xarakterli addım kimi qiymətləndiriləcək.

"DM" xəbər verir ki, bu barədə Ukraynanın bəyanatına cavab olaraq Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı açıqlamada qeyd olunub.

"Ukraynadan Rusiyaya sanksiyaya məruz qalan malların qaçaqmalçılığında yardım etməyimizlə bağlı verdiyi məlumatın sübutunu tələb edirik. Gürcüstan qanunvericiliyinə görə, bu, ağır cinayət sayılır. Biz Ukrayna tərəfini qanuni cavab vermək üçün dərhal bu məlumatın sübutunu təqdim etməyə çağırırıq. Gürcüstan hökuməti bu cür cinayətlə bağlı istənilən halda barışmaz olacaq”, - açıqlamada deyilib.

Xatırladaq ki, aprelin 4-ü Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiyanın Gürcüstan hakimiyyətinin razılığı ilə sanksiyaya məruz qalan, o cümlədən hərbi malların qaçaqmalçılıq yolu ilə keçirilməsi üçün Gürcüstandan "kanal yaratdığı” haqda məlumat yaymışdı.