03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dünyanın məşhur fotoqrafları Şuşaya səfər edəcəklər

05.04.2022

Azərbaycan Milli İncəsənət Muzeyində "Four seasons of Shusha” adlı beynəlxalq foto müsabiqəsinin təqdimatına həsr olunan mətbuat konfransı keçirilib.

"DM” xəbər verir ki, tədbirdə Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri Məryəm Qafarzadə, Muzey və qalereyalar şöbəsinin müdiri Nərgiz Abdullayeva, layihənin kuratoru Angelo Bucarelli iştirak ediblər.

Şöbə müdiri Nərgiz Abdullayeva bildirib ki, layihə çərçivəsində bu ilin qış, yaz, yay və payız fəsillərində xarici fotoqrafların Şuşa şəhərinə səfərləri təşkil olunacaq:

"Layihədə dünyanın ən məşhur fotoqrafları iştirak edəcəklər. Fotoqraflar Türkiyə, Almaniya, İsveçrə və Finlandiyadandır. Layihə Heydər Əliyev Fondunun dəstəyi ilə birgə təşkil edilib. Layihəyə aprelin sonu, mayın əvvəli start veriləcək. Fotoqraf Şuşada bir neçə gün qalacaqlar və məkana ekskursiya təşkil ediləcək. Həmin fotoların dünya sərgilərində nümayişi gözlənilir. Məqsədimiz Şuşanın təbliğidir”.

Şöbə müdiri həmçinin qeyd edib ki, fotoqrafiya ilə peşəkar məşğul olan yerli fotoqraflar üçün xarici mütəxəssislərlə birgə işləmək şansı yaranacaq:

"Mütəxəssislər onlara təlim keçəcək və bu sahə ilə bağlı öz təcrübələrini bölüşəcəklər”.

Angelo Bucarelli bildirib ki, layihə vasitəsilə Azərbaycan mədəni irsi dünyada daha yaxşı tanınacaq:

"Fotoqraflar müxtəlif ölkələrdən olduqları üçün mədəniyyətlərin birləşməsi mümkün olacaq. Hər mövsüm üçün 30-40 keyfiyyətli foto seçiləcək. Toplanan şəkillər kataloq şəklində çap ediləcək. Daha sonra Bakıdan başlayaraq, dünyanın bir çox şəhərlərində sərgilər təşkil ediləcək. Şəkillərlə virtual tanışlıq üçün veb-sayt yaradılması planlaşdırılır”.