Mikayıl Cabbarov İsrailin turizm naziri ilə görüşüb   
    
                          
     
                         05.04.2022
 
    
                        İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanda səfərdə olan İsrailin turizm naziri, Azərbaycan-İsrail Birgə komissiyasının həmsədri Yoel Razvozovla görüşüb.
Bu barədə M.Cabbarov "Twitter” səhifəsində bildirib.
Görüşdə iki ölkə arasında iqtisadi münasibətlərin cari vəziyyəti, investisiyaların cəlb edilməsi üzrə görülən işlər, ticarət və turizm sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.