Daha iki ölkə 45 rus diplomatı qovdu  
    
                          
     
                         05.04.2022
 
    
                        AB ölkələrində rusiyalı diplomatlar üçün deportasiya əmrləri davam edir.
İtaliyanın xarici işlər naziri Luici Di Maio 30 rus diplomatın milli təhlükəsizlik səbəbilə ölkədən çıxarıldığını açıqlayıb.
Bundan əvvəl Danimarka 15 rus diplomatının deportasiya qərarını verdiyini açıqlamışdı.
Qeyd edək ki, ötən gün Almaniya 40, Fransa isə 30 rus diplomatı "arzulanmaz şəxs” elan edib.