Rusiya ordusunda fərarilərin sayı artır 
    
                          
     
                         05.04.2022
 
    
                        Rus əsgərlərinin döyüşə və dəstək hissələrinə cəlb edilməsində böyük problemlər var.
Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Feysbuk səhifəsində məlumat verilib.
"Rus qoşunları itki verməkdə davam edir. Əsgərlərin döyüş və dəstək hissələrinə cəlb edilməsində böyük problemlər var. Onların şəxsi heyəti ruhdan düşüb. Buna görə də rus ordusunda fərarilik halları getdikcə artır”, - məlumatda deyilir.