09 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yasamala yeni başçı təyin edildi

03.02.2018

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəcamı ilə
Əziz İmran oğlu Əzizov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Qeyd edək ki, 54 yaşlı Əziz Əzizov 12 il Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edib.
Əziz Əzizov 9 dekabr 1963-cü ildə Cəbrayıl rayonunda anadan olub. Neft və Kimya Akademiyasının mühəndis ixtisası üzrə bitirib.
1985-1987-cı illərdə Tramvay parkında usta,yol təhlükəsizliyi müfəttişi, yol təhlükəsizliyi idarəsinin rəisi, istismar idarəsinin rəisinin vəzifəsinin icra edən, 1992-1993-cü illərdə Bakı şəhər Nəqliyyat Departamentinin texniki şöbənin rəisi, 1993-1996-cı illərdə Bakı şəhər Nəqliyyat Departamentinin hərəkətin təhlükəsizliyi üzrə rəisi vəzifələrində çalışmışdır.
1996-2006-cı illərdə Sahibkarlıq fəaliyyəti məşğul olmuşdur.
Sahibkarlıq fəaliyyətindən isə birbaşa Azərbaycan Respublikası Prezidentinin 8 avqust 2006-cı il tarixli Sərəncamı ilə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.