05 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kadırovçular saxta döyüş səhnələri çəkirlər

05.04.2022

Mariupolda kadırovçularun iştirakı ilə "döyüşlər” səhnələşdirilib. Çeçenistan rəhbərinin "Tiktok döyüşçüləri” sanki əraziyə nəzarət edirmiş kimi video çəkiblər. Kadırov özü də Mariupolun "ələ keçirilməsi” haqda danışıb.

"DM" xəbər verir ki, bu barədə "Slidstvo.İnfo” məlumat yayıb.

Jurnalistlər çeçenlərin videogörüntülərini öyrənib və onların çəkildiyi yerləri tapıblar. Xüsusilə, Kadırovun Mariupolun tutulması ilə öyündüyü iddia edilən videolardan biri şəhərdən kənarda - Rusiya sərhədinə daha yaxın olan Levoberejnı rayonunda lentə alınıb.

Kadırovçuların boş yaşayış binasına atəş açdığı video da həmin ərazidə lentə alınıb. Maraqlıdır ki, martın 24-də Kadırov Levoberejnının təmizlənməsinin başa çatdığını elan etsə də, bir neçə gün dalbadal oradan videolar yayımlayıb - həm martın 28-də, həm də 29-da. İzləyicilər yaraqlıların zirehli texnikanın arxasında gizlənərək artıq bombardmanlar nəticəsində dağıdılmış binanı pulemyotlardan atəşə tutduqlarını görüblər. Eyni zamanda, operator açıq ərazidə dayanır, bu o deməkdir ki, atəşə cavab verilməyəcəyini dəqiq başa düşür.