03 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan Ordusunun raket və artilleriya bölmələrinin təlimləri- VİDEO

05.04.2022

Quru Qoşunlarının raket və artilleriya bölmələrində yaylım atəşli reaktiv sistemlərdən atəş tapşırıqları yerinə yetirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, plana əsasən, atəş dəstəyi həyata keçirəcək bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılaraq ehtiyat atəş və start mövqelərini tutublar.
Real döyüş şəraitinə uyğun keçirilən təlimdə heyətlər şərti düşmən hədəflərinin aşkar olunaraq sərrast atəşlə məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

Təlimin keçirilməsində əsas məqsəd Vətən müharibəsində əldə edilən təcrübə nəzərə alınmaqla raket və artilleriya bölmələrinin idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsi, hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, döyüş əməliyyatları zamanı fəaliyyətlərin planlaşdırılması və digər qoşun növləri ilə qarşılıqlı əlaqənin təşkilidir.