03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ermənistan 100 meyitin qalıqlarını verdi - Komissiya

04.04.2022

Birinci Qarabağ müharibəsi ilə əlaqədar Ermənistan tərəfindən 100 nəfərə aid olması ehtimal edilən meyit qalıqları verilib.

"DM" xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Birinci Qarabağ müharibəsində itkin düşmüş 60 nəfərə aid olması ehtimal edilən meyit qalıqları müvafiq qurumların əməkdaşları tərəfindən aşkar edilib.

İ.Axundov bildirib ki, həmin meyit qalıqları Səhiyyə Nazirliyinin Pataloji Anatomiya Birliyinə verilib.