03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Beynəlxalq Komissiya itkin düşmüş şəxslərlə bağlı Azərbaycana kömək edəcək

04.04.2022

"Bizim komissiya beynəlxalq təşkilatdır və baş qərargahı Haaqa şəhərində yerləşir”.

"DM" xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın Baş direktoru Katrin Bomberger deyib.

O bildirib ki, dövlət təşkilatı və digər qurumlarla hərbi münaqişələr və digər səbəblərdən itkin düşən şəxslərin yerini müəyyən etmək və onların qalıqlarını eyniləşdirmək Komissiyanın məqsədidir: "Bizim mandatımız çərçivəsində burada olmaq və bu səfər çərçivəsində Dövlət Komissiyası ilə protokol imzalamaq çox xoşdur. Səfərimiz çərçivəsində Azərbaycana bu istiqamətdə necə köməklik göstərməyi müəyyənləşdirmək və eyni zamanda itkin düşmüş şəxslərin ailə üzvləri və digər mövzularda da Azərbaycan Hökumətinə yardım göstərməyi müəyyən edirik. Bura qədər aparılmış işlər əməkdaşlığın hansı istiqamətdə həyata keçirməyimizi nəzərdən keçirməkdən ibarət olub. Burada digər ölkələrin təcrübələri də nəzərə alınıb”.