Rus hərbi kolonu Moskvaya doğru gedir 
    
                          
     
                         04.04.2022
 
    
                        					Belarusda Rusiya hərbi texnikasının böyük karvanı görüntülənib. Karvan Minskdən Moskva istiqamətində hərəkət edib.
Bu barədə "Motolko” layihəsi Tvitterdə məlumat yayıb.
Qeyd olunur ki, saat 7:00 radələrində Belarusun Borisov şəhəri ərazisində 100-dən çox Rusiya hərbi texnikasının olduğu karvan müşahidə edilib:
"Borisovun yaxınlığında Minskdən Moskva istiqamətində hərəkət edən 100 ədəd "V” işarəli hərbi texnikadan ibarət böyük karvan görünüb. Karvanda "Ural” və "KamAZ”, "UAZ Patriot”, KUNQ, yanacaq daşıyan maşınlar və PAZ avtobusları görünüb”.