03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya və Belarusun tam təcridi hazırlanır

04.04.2022

Polşa, Latviya, Litva və Estoniya yaxın 48-72 saat ərzində Rusiyaya qarşı tam təcrid prosesinə başlayacaq. Bununla da Rusiyaya malların çatdırılması üçün quru yolları bağlanacaq.

"DM" xəbər verir ki, bunu Ukraynanın infrastruktur nazirinin müavini Mustafa Nayem Teleqramda yazıb.

"Keçən həftə biz rəsmi olaraq həmkarlarımızdan Rusiya və Belarus ilə istənilən avtomobil əlaqəsini dayandırmağı xahiş etdik. Bu ölkələrin nəqliyyat nazirlərinə təşəkkür edirik. Yekun nəticəni gözləyirik”, - Nayem bildirib.

Onun sözlərinə görə, müsbət qərar qəbul olunarsa, Rusiya və Belarusun Avropa sərhədləri tamamilə bağlanacaq, bu isə o deməkdir ki, avtokommunikasiya və daşımalar qeyri-mümkün olacaq.