03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiyaya qarşı hansı yeni sanksiyalar hazırlanır?

04.04.2022

Avropa İttifaqı (Aİ) Ukraynanın Kiyev vilayətinin Buça şəhərindən foto və videoların dərcindən sonra Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır.

Məhdudlaşdırıcı tədbirlərin Aİ səfirləri tərəfindən aprelin 6-da nəzərdən keçiriləcəyi gözlənilir.

Bəzi üzv dövlətlərin təklif etdiyi yeni məhdudiyyətlər sırasına daha çox şəxsi sanksiyalar, Rusiya gəmilərinin Aİ limanlarında istifadəsinə qadağa, əlavə ixrac məhdudiyyətləri və enerji təchizat-kömür, neft və ya qaza embarqo daxildir.

Almaniyanın vitse-kansleri Robert Xabekin sözlərinə görə, Moskvaya qarşı beşinci məhdudiyyətlər paketi gələn həftə qəbul oluna bilər, onlar xüsusilə maliyyə sektoruna və texnoloji məhsullara təsir edəcək. Eyni zamanda, Xabek yaxın gələcəkdə Rusiya nefti, qazı və kömürünün tədarükünə embarqo qoyulmasını istisna edib.

Mənbə: RBC