03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukraynadan quru yolla gələnlər sərhəddən niyə buraxılmır?

04.04.2022

Ukraynadan öz avtomobilləri ilə Azərbaycana gəlmək istəyən soydaşlamız sərhəddə problemlə üzləşirlər. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmin vətəndaşlara avtomobillərini dayanacaqlarda saxlayıb təyyarə ilə Azərbaycana keçmələri təklif olunur.

Bu barədə Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsindən mart ayının əvvəlində bildirilmişdi ki, quru sərhədinin bağlı olmasına baxmayaraq, Ukraynadan minik maşını ilə gələn soydaşlarımıza sərhəddən keçərkən şərait yaradılacaq.

Elə isə hazırda vətəndaşlar niyə problemlə üzləşirlər?

Yaranan suallara aydınlıq gətirən Dövlət Sərhəd Xidmətinin mətbuat katibi Maya Şərifova saytımıza açıqlamasında bildirib ki, Ukraynadan quru yolla gələn vətəndaşların sərhəddən keçməsi ilə bağlı verilən qərar dəyişməyib:

"Ölkəyə qayıdan Azərbaycan vətəndaşları və onların xarici ölkə vətəndaşları olan ailə üzvlərinin şəxsi nəqliyyat vasitələri ilə dövlət sərhədindən buraxılışı Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara uyğun həyata keçirilir. 24 fevral tarixindən etibarən Ukraynadan hava nəqliyyatı və quru yol ilə 12987 şəxs təxliyə olunub. 9479 nəfər Azərbaycan və 3409 nəfər Ukrayna vətəndaşının dövlət sərhədindən buraxılışı təmin edilib".

Dövlət Gömrük Komitəsindən də saytımıza bildirilib ki, sözügedən vətəndaşların gömrükdən keçməsi ilə bağlı verilən qərarda heç bir dəyişiklik yoxdur. Müəyyən problemlər vətəndaşların şəxsi sənədləri qaydasında olmadıqda yarana bilir.