03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çerniqovda rusiyalı hərbçilər 150 nəfəri zirzəmidə girov saxlayıblar - FOTO

04.04.2022

"Ukraynanın Çerniqov vilayətinin Yaqodnoye kəndindəki məktəbin kiçik zirzəmisində rusiyalı hərbçilər eyni vaxtda 150-dən çox insanı girov saxlayıblar. Qadınlar və uşaqlar zorla kiçik otaqda saxlanılıblar”.

Bu barədə Çerniqov vilayət hərbi administrasiyasının rəhbəri Vyaçeslav Çaus "Facebook” səhifəsində bildirib.

Onun sözlərinə görə, orada şərait dəhşətli idi.

"Burada insanlar xəstələnir, ölürdülər. Burada dirilər ölülərin yanında saxlanılırdı. Aclıq, susuzluq, qorxu, ağrı, ümidsizlik. Tualeti vedrə əvəz edirdi. Orada qadınlar və uşaqlar var idi. Bu, dəhşətdir”, - deyə Çaus yazıb.

Mənbə: Glavred.info