06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukraynada daha bir azərbaycanlı hərbçi yaralanıb

04.04.2022

Ukraynada Rusiya silahlı qüvvələri ilə davam edən müharibədə daha bir azərbaycanlı yaralanıb.

Ukrayna ordusunun hərbçisi olan Ruslan Xəlilov Zaporojye istiqamətində xəsarət alıb. Hazırda onun vəziyyəti qənaətbəxşdir.

Bir müddət əvvəl Donetsk istiqamətində gedən döyüşlərdə yaralanan digər azərbaycanlı hərbçi Raqif Əliyev isə Ukraynanın Vinnitsa şəhər xəstəxanasında müalicə olunur.

Vinnitsa vilayəti üzrə Azərbaycanlılar Cəmiyyətinin sədri Əliş Səfərov bildirib ki, hər iki azərbaycanlı hərbçi - Ruslan Xəlilov və Raqif Əliyev - cəmiyyətin xüsusi diqqəti altındadır:

"Hər iki yaralının vəziyyəti normaldır”.

Qeyd edək ki, hər iki azərbaycanlı hərbçi Ukrayna vətəndaşlarıdır.