06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanda torpaq sürüşməsi olub

04.04.2022

Quba rayonunda torpaq sürüşməsi baş verib.

Hadisə rayonun Küsnətqazma kəndində qeydə alınıb.

Ötən gün səhər saatlarında başlayan torpaq sürüşməsini yaxınlıqda yaşayan kənd sakinləri müşahidə ediblər və aidiyyəti qurumlara məlumat verilib.

Quba Rayon İcra Hakimiyyətindən (RİH) verilən məlumata görə, icra başçısı Ziyəddin Əliyev müvafiq qurumların əməkdaşları ilə hadisə yerinə baxış keçirib.

Torpaq sürüşməsi 1 hektar ərazisini əhatə edir və sürüşmənin aktivliyi azalıb. Kəndin üst hissəsində baş verən torpaq sürüşməsinin eni 50, uzunluğu isə 200-250 metrə çatır. Sürüşmə zonası evlərdən 300 metr aralıda yerləşir.