06 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiyada bazaya zərbə: Ukrayna yeni taktikaya başladı

01.04.2022

Ukrayna helikopterlərinin Rusiya ərazisindəki Belqorod şəhərinə zərbələr endirməsi barədə hələlik Ukrayna tərəfindən rəsmən təsdiqlənməmiş məlumat müharibənin tam fərqli formatda davam etdiriləcəyini göstərir. Əgər Rusiya ən qısa müddətdə yeni ehtiyatlarının qruplaşmasını keçirib döyüş əməliyyatları zonasına daxil etməsə, Ukrayna ələ keçirdiyi təşəbbüsdən ruhlanaraq daha geniş miqyasda ərazilərini Rusiya işğalçılarından azad etməyə nail olacaq.

Bu fikirləri hərbi ekspert Ədalət Verdiyev deyib.

"Rusiya müharibəni ilk həftədən uduzmağa başladı, çünki planlaşdırılan 4 günlük əməliyyatla Kiyev və bir çox vilayət mərkəzinin işğal planı iflasa uğramışdı. 4 günə paytaxtı ələ keçirməyi planlaşdıran Rusiya 37-ci gündə qoşunlarını geri çəkməyə məcbur olub. Artıq rus ordusunun həm mənəvi, həm fiziki cəhətdən yorğunluğunu görürük. Rusiya qoşunları hazırki vəziyyətdə demək olar ki, təşəbbüsü tam əldən verib”, - ekspert bildirib.

Ukrayna qoşunlarının müdafiədən hücuma keçərək demək olar ki, bütün istiqamətlər boyunca taktiki və strateji üstünlüyü əldə etməyə başladığını deyən ekspert onu da əlavə edib ki, tək istisna Mariopul şəhəridir:

"Onun da Rusiya tərəfindən mühasirəsi hələ də davam edir. Digər istiqamətlərdən üstünlük isə tam olaraq Ukrayna tərəfindədir”.