29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İlk yaşandı: Ukrayna ordusu Rusiyaya girə bilərmi?

01.04.2022

Rusiyanın Belqorod şəhərindəki neft bazasını həqiqətən də Ukrayna vurubsa, bu, o deməkdir ki, Rusiyanın hava hücumundan müdafiə qoşunları artıq hansısa bir təhlükənin qarşısını ala bilməyəcək vəziyyətdədir.

Bu sözləri hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.

O bildirib ki, yaxın saatlarda hadisə araşdırılıb təsdiqini tapsa, tamam ayrı mövzu açılacaq:

"Son hadisələr göstərdi ki, Rusiya ordusu və hava hücumundan müdafiə sistemləri dövləti qoruyacaq səviyyədə deyil. İstənilən halda, Rusiya dərin bataqlığa girib. Bu bataqlıqdan çıxması üçün Rusiyaya müəyyən vaxt lazım olacaq. Bütün bu çətinliklərə Rusiya özü qapı açdı. Əlbəttə, bu, xoşagəlməz hadisədir. Çünki hər kəs Rusiyanı böyük və güclü bir dövlət kimi tanıyıb”.

Ü.Cəfərov Belqoroddan sonra Ukraynanın Rusiyanın içərilərinə doğru girəbilmə ehtimalını isə belə dəyərləndirib:

"Müharibəni Rusiya Ukrayna ərazisində başladıb. Bu səbəbdən Ukraynanın özünümüdafiə üçün bütün variantları keçərlidir. Əlbəttə, bunu arzulamazdım. Əgər elə bir hadisə baş versə, yenə də bütün məsuliyyət Rusiyanın üzərinə düşəcək. Rusiya özü çıxış yolu tapmalıdır. Lakin son olanlar göstərir ki, Rusiya bunu istəmir. 37 gün ərzində yaranan mənzərə hər kəsi üzdü. Fakt isə ondan ibarətdir ki, Rusiya ordusu prioriteti, strategiyasını, taktikasını düzgün qurmadı”.