24 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ağdamda Britaniya istehsalı olan xüsusi minaaşkarlayan dronlar var

01.04.2022

"Azərbaycanlı məcburi köçkünlər öz doğma yurdlarına qayıtmaq arzusundadırlar, biz də bu istəyi dəstəkləyirik və bu səbəbdən işğaldan azad edilmiş ərazilərin bərpasına dəstək veririk”.

Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Bakıda keçirilən "Humanitar Minatəmizləmə Fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri” adlı beynəlxalq konfransda deyib.

Səfir bildirib ki, Böyük Britaniya ərazilərin minalardan təmizlənməsi işində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) dəstək verir:

"Ağdamda Böyük Britaniya istehsalı olan xüsusi minaaşkarlayan dronlar var”.

O, həmçinin işğaldan azad edilmiş ərazilərin bərpa işinin sürətinin valehedici olduğunu vurğulayıb.