29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya günəbaxan tumu və yağının ixracına qadağa qoyur

31.03.2022

Rusiya hökuməti dünyada günəbaxan yağına olan kəskin tələbatı və bahalaşmanın nəticəsi olaraq Rusiya məhsuluna olan tələbatın artması səbəbindən müvəqqəti olaraq Rusiyada istehsal edilən günəbaxan tumu və yağının eksportuna qadağa qoyub.

"DM"xəbər verir ki, Kənd Təsərrüfatı nazirliyi aprelin 1-dən ölkə xaricinə günəbaxan tumu və rapsanın ixracını müvəqqəti olaraq dayandırır.

"Müvəqqəti qadağa 1 apreldən 31 avqusta kimi davam edəcək", - deyə məlumatda bildirilir.

Eləcə də hökumət buraxılış məntəqələsində sıravi vətəndaşların yükü arasında da bu məhsulların aparılmasına məhdudiyyətlər qoyulmasını təklif edib.

Qeyd edək ki, Rusiya Milli Dumasının üzvləri və bir neçə iqtisadçı Rusiya istehsalı olan taxıl, şəkər tozu, neft, kömür, metal, ərzaq, xammal və s. eksportunun rus rublu ilə aparılmasını irəli sürüblər.