09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

İordaniya Azərbaycanda minatəmizləmə işlərinə kömək etməyə hazırdır

31.03.2022

"Minalardan Təmizləmə və Reabilitasiya üzrə İordaniya Milli Komitəsi (NCDR) Azərbaycanın azad olunmuş ərazilərində minatəmizləmə işlərinə dəstək verməyə, təcrübəsini bölüşməyə hazırdır”.

Bunu  NCDR əməkdaşı Camal Odibat bildirib.

"Biz Azərbaycanın azad olunmuş ərazilərindəki mövcud problemləri, o cümlədən minatəmizləmə məsələlərini yenicə tədqiq etməyə başlamışıq. Bu sahədə İordaniya ilə Azərbaycan arasında uzun illərdir əməkdaşlıq qurulub”, – deyə o qeyd edib.

Xatırladaq ki, 31 mart - 1 aprel tarixlərində Bakıda keçirilən "Humanitar minatəmizləmə fəaliyyəti və dayanıqlı inkişaf məqsədləri” beynəlxalq konfransının iştirakçıları bu gün Ağdama gəliblər.