Türkiyə səfiri 31 mart soyqırımı ilə bağlı paylaşım edib  
    
                          
     
                         31.03.2022
 
    
                        Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı "Twitter” hesabında paylaşım edib.
Paylaşımda deyilir:
"Bu gün 31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür. Faciə qurbanlarının əziz xatirəsini ehtiramla yad edir və bütün şəhidlərə Allahdan rəhmət diləyirəm”.