27 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yoluxma minimuma enib, bəs karantin rejimi niyə ləğv edilmir? - AÇIQLAMA

31.03.2022

Ölkəmizdə bir neçə həftədir ki, koronavirusa yoluxanların sayı ikirəqəmli həddə düşüb. Artıq əvvəlki kimi koronavirus pandemiyası qorxu və stresə də səbəb olmur. Buna baxmayaraq, sərt karantin şərtləri qalmaqda davam edir. Hətta bəzi ölkələrdə qapalı məkanlarda maskadan istifadə də ləğv olunduğu halda, ölkəmizdə karantin rejiminin yumşaldılmaması sual doğurur.

Mövzu ilə bağlı tibbi ekspert Rasif Bağırov Yenicag.az-a açıqlamasında bildirib ki, dünyanın bir sıra ölkələrində karantin rejimi artıq aradan qaldırılır. Bu fonda ölkəmizdə də sərt karantini ləğv etmək olar:

"Demək olar ki, artıq koronavirus pandemiyasına yoluxanlara rast gəlinmir. Yoluxma sayı da kifayət qədər aşağı səviyyədədir. Sadəcə karantin rejiminin ləğv edilməməsinin səbəbi naməlumdur. Bu, Operativ Qərargahda oturanların gəldiyi qənaətə əsasən verilən qərardır. Bütün hallarda Azərbaycanda sərt karantin qaydalarını aradan götürmək olar. Çünki karantinin uzadılması üçün ciddi səbəb qalmayıb”.