27 04 2024-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ruslar Ukraynada öz təyyarələrini vurdular

31.03.2022

Ruslar Ukraynada öz təyyarələrindən birini təsadüfən vurublar.

Bu barədə Britaniya elektron kəşfiyyatının rəhbəri Ceremi Fleminq deyib.

Fleminq bildirib ki, Ukraynadakı bəzi rus əsgərləri əmrləri yerinə yetirməkdən imtina edir:

"Onlar ruhdan düşüb və zəif təchiz olunub. Rusiya Prezidenti Vladimir Putin vəziyyəti dəyərləndirərkən səhv edib, həm Ukrayna xalqının müqavimətini, həm də Moskvanı sanksiyalarla cəzalandıran Qərbin qətiyyətini aşağı qiymətləndirib. Putinin müşavirləri ona həqiqəti söyləməkdən qorxurlar”.

Daha əvvəl ABŞ da bildirilmişdi ki, məsləhətçilər Putinə Rusiya ordusunun necə pis fəaliyyət göstərdiyi və sanksiyaların Rusiya iqtisadiyyatını necə çökdürdüyü barədə yanlış məlumat verirlər. Çünki ona həqiqəti söyləməkdən çox qorxurlar.