27 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Vətəndaşları sərhədimizdən buraxmırlar - NK nəyi gözləyir?

31.03.2022

Rusiyadan ölkəmizə qayıtmaq istəyən həmvətənlərimiz təyyarə biletlərinin bahalaşması səbəbindən problem yaşayırlar. Azərbaycanda quru sərhədlərinin bağlı olması vəziyyəti daha da çətinləşdirir. Pandemiya ilə bağlı bir çox qadağaların götürüldüyü bir vaxtda Nazirlər Kabineti quru sərhədləri ilə bağlı qərarını niyə dəyişmir?

Bununla bağlı millət vəkili Zahid Oruc deyib ki, quru sərhədlərinin bağlı olması ilə əlaqədar Milli Məclisə, o cümlədən mənə çoxlu müraciətlər gəlir.

O qeyd edib ki, bu məsələ parlamentin mart ayında keçirilən iclasında da səsləndirilib:

"Baş nazir vurğuladı ki, bu məsələ Operativ Qərargahın, eyni zamanda hökumətin diqqət mərkəzindədir. Lakin açıq danışsaq, problemin görünməyən hissəsi ətrafında tam məlumatlar ictimailəşmədi. Dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir vətəndaşın hüquq və mənafelərinə diqqətlə yanaşmalı, qayğı göstərməliyik. Pandemiya elə arzuolunmaz vəziyyət yaratdı ki, ən qabaqcıl dünya ölkələri belə ekstremal addımlar ata bilmədilər. Hər kəs başa düşməlidir ki, Azərbaycan dövləti bütün bu çağırışların fərqindədir. Operativ Qərargah tərəfindən bu məsələ geniş təhlil edilir. İnanırıq ki, quru sərhədlərinin açılması ilə bağlı cəmiyyəti qane edən bir qərar veriləcək”.