27 04 2024-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ombudsman Fərrux kəndində insan qalıqlarının aşkarlanması ilə bağlı açıqlama yayıb

30.03.2022

Ermənistanın xalqımıza qarşı əsrlər boyu davam etdirdiyi nifrət siyasəti nəticəsində zaman-zaman on minlərlə dinc insan etnik və dini mənsubiyyətinə görə kütləvi şəkildə, xüsusi amansızlıqla qətlə yetirilib. Ermənistan işğalından azad edilmiş ərazilərimizdə aşkar olunan kütləvi məzarlıqlar bu cür halları bir daha sübuta yetirir və müharibə cinayətlərinin törədildiyini təsdiq edir.

Ombudsman Aparatından verilən xəbərə görə, bu günlərdə Xocalı rayonunun Fərrux kəndi ərazisində aşkarlanan insan qalıqlarının da Birinci Qarabağ müharibəsində şəhid olmuş şəxslərə aid olduğu ehtimal edilir:

"Təəssüflə qeyd etmək lazımdır ki, Birinci Qarabağ müharibəsi zamanı 4000-ə yaxın azərbaycanlı itkin düşüb. İtkin düşmüş şəxslər haqqında qarşı tərəfin bu günədək hər hansı məlumat verməməsi və azad edilmiş ərazilərdə aşkar olunan insan qalıqları onlardan bəzilərinin amansızcasına qətlə yetirilərək kütləvi məzarlıqlarda basdırıldığını deməyə əsas verir. Aşkar olunmuş kütləvi məzarlıqlar Ermənistanın azərbaycanlılara qarşı soyqırım siyasətini bir daha sübut edir.

Bu baxımdan beynəlxalq ictimaiyyəti azərbaycanlılara qarşı qəsdən törədilmiş sülh və insanlıq əleyinə cinayətlərə, müharibə cinayətlərinə beynəlxalq hüquq normaları əsasında yanaşma və qətiyyətli mövqe nümayiş etdirməyə çağırırıq" - açıqlamada bildirilib.