27 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Keçmiş bələdiyyə sədri zəhərlənərək öldü

30.03.2022

Qaxda keçmiş bələdiyyə sədri zəhərlənərək ölüb.

"DM" Report-a istinadən xəbər verir ki, Qax rayonunun Qum kənd sakini, 44 yaşlı Fərid Həşimov ötən gün zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Həkimlər xəstəni müayinə edib və vəziyyətini nəzərə alaraq onu, Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriblər. Bu gün isə Fərid Həşimov aparıldıgı xəstəxadada həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib. İlkin məlumata görə, onun dərmandan zəhərləndiyi bildirilir.

Qeyd edək ki, Fərid Həşimov uzun müddət Qax rayonunun Qum kənd bələdiyyəsinin sədri vəzifəsində calışıb.

Faktla bağlı araşdırma aparılır.